Azedu.az

500 min qadın dövlət, 350 min qadın isə özəl sektorda çalışır

Xəbərlər

27 Fevral 2025, 12:05
500 min qadın dövlət, 350 min qadın isə özəl sektorda çalışır

Azərbaycanda təqribən 500 min qadın dövlət, 350 min qadın isə özəl müəssisədə çalışır.

AzEdu.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” adlı konfransın “Bərabərikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusuna həs edilmiş panel sessiyasında deyib.

Onun sözlərinə görə, peşə fəaliyyətinə cəlb edilənlərin 60 faizi qadınlardır:

“Dünya İqtisadi Formunun rəqəmlərinə nəzər yetirsək biz görürük ki, gender bərabərliyi nisbətinin tam bərqərar olması üçün təxminən 130 ilə ehtiyac var. İşçi qüvvəsində qadınların qlobal miqyasda iştirakı 47, Azərbaycanda isə 48 faiz təşkil edir”.

A.Kərimov vurğulayıb ki, qadınlar və kişilərə əmək fəaliyyətində bərabər şərtlər və imkanlar tətbir olunur:

“Qadınlar və kişilər arasında əməkhaqqının bərabərləşməsi istiqamətində ciddi addımlar atılır. Gender bərabərliyi həm də maarifləndirmə tələb edir ki, son iki ildə ölkənin 14 regionunda 700 işəgötürənlə maarifləndirmə işi aparılıb.

Azərbaycanda qadınlar aktivdirlər və onların inkişafında rəhbər vəzifələrə gəlmək təməl nəticə ola bilər. Koreyada bu praktika mövcuddur”.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox