Qarlı hava şəraiti ilə bağlı hazırda Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə AzEdu.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, keçidlər və açıq hava sahələri müntəzəm təmizlənir, buzlanmaya qarşı qum və duz səpilir.
Məlumatda həmçinin qeyd edilib ki, qatarlar qrafikə tam uyğun hərəkət edir, yubanma yoxdur.
“Bakı metrosunun işçi heyət tam gücü ilə çalışır və sərnişinlərə fasiləsiz xidmət göstərilir. Platformalar daim nəzarətdədir, təhlükəsizlik təmin edilir”, deyə məlumatda deyilir.
Bundan başqa, depo yollarında yoldəyişdirici qurğular qardan təmizlənir və qatarların fasiləsiz hərəkəti üçün açıq saxlanılır. Əlavə ehtiyat qatarlar hazır vəziyyətdədir.