Azedu.az

Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər xilas edilib

Xəbərlər

27 Fevral 2025, 10:26
Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka 15 nəfər xilas edilib.

Bu barədə AzEdu.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, 1 nəfərin meyiti təhvil verilib.

TƏCİLİ! Rusiyada səfərbərlik başlayır - Azərbaycanlıları nə gözləyir?
Son xəbərlərDaha çox