Azedu.az

Vəfat edən müəllimlə bağlı rəsmi AÇIQLAMA

27 Fevral 2025, 10:03
Vəfat edən müəllimlə bağlı rəsmi AÇIQLAMA

Bakı şəhəri 25 nömrəli tam orta məktəb təhsil müəssisəsinin müəlliminin vəfatı ilə bağlı açıqlama yayıb.

 

Məktəbdən AzEdu.az-a bildirilib ki, məktəbin müəllimi Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb.

 

"Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib. Rəhmətə gedən müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil".

 

23:58

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.

AzEdu.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.

Belə ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.

 

O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox