Azedu.az

DYP hava ilə bağlı müraciət edib

Xəbərlər

26 Fevral 2025, 19:33
DYP hava ilə bağlı müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən AzEdu.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün axşamdan başlayaraq fevralın 27-dək ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir.

Yol polisi nələri tövsiyə edir?

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklərin hələ də aradan qalxmadığını xatırladır, bununla yanaşı verilən hava proqnozu ilə əlaqədar bir daha sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

Yol polisi əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırır.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox