Azedu.az

Soyqırımı uşaqlara bu cür öyrətməliyik - Pedaqoqdan TÖVSİYƏ 

Xəbərlər

Məktəblər

Tələbə və şagird

26 Fevral 2025, 11:06
Soyqırımı uşaqlara bu cür öyrətməliyik - Pedaqoqdan TÖVSİYƏ 

"Uşaqlara Xocalı faciəsi və digər tarixi faciələrimiz haqqında məlumat vermək üçün onların yaşına və psixoloji hazırlığına uyğun bir yanaşma seçməyimiz mütləqdir."

Bu sözləri AzEdu.az-a açıqlamasında pedaqoq Aysel Rəsulzadə deyib.155683

O qeyd edib ki, uşaqlara Xocalı soyqırımı barədə məlumat verərkən əsas məqsəd nifrət aşılamaq deyil, ədalət duyğusunu, sülhə və insan haqlarına hörməti aşılayan bir yanaşma sərgiləmək olmalıdır. Amma bunu qorxutmaq və ya travmatik hala salmadan, sadə və humanist bir dillə izah etmək vacibdir. 

Bu mənada rəsm ən yaxşı üsullardan biridir ki, rəsm vasitəsilə onlar hisslərini ifadə edə bilir, valideynlərim, müəllimlərin və digər mütəxəssislərin izahları isə faciənin mahiyyətini daha yaxşı anlaya bilirlər. 
Nağıllar, şeirlər və hekayələr vasitəsilə kiçik yaşlı uşaqlara faciəni birbaşa deyil, simvolik şəkildə çatdırmaq daha məqsədəuyğundur.Böyük yaşlı uşaqlarla faciələrimiz haqqında çəkilmiş bədii və sənədli filmləri izləyərək müzakirə etmək daha yaxşı nəticə verə bilər".

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox