Azedu.az

Bakı Asiya Universitetinin məzunlarının diplomları tanınacaq?

Xəbərlər

Tələbə və şagird

Təhsil ekspertləri

26 Fevral 2025, 15:07
Bakı Asiya Universitetinin məzunlarının diplomları tanınacaq?

"Bakı Asiya Universitetinin məzunları diplomlarının tanınması ilə bağlı hər hansı problem yaşamırlar".

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib.

O, bildirib ki,Bakı Asiya Universiteti 2015-ci ildə fəaliyyətini müvəqqəti dayandırmış və 2025-ci ilin fevral ayında hüquqi şəxs kimi ləğv olunmuşdur:

"Universitetin mövcud olduğu dövrdə və sonda köçürüləndə sonra alınmış məzunların diplomlarının etibarlılığı isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunur.

“Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”na dair Nazirlər Kabinetinin 2014-cü il 22 dekabr tarixli 390 nömrəli qərarının 4.4-cü bəndinə əsasən, ləğv olunan təhsil müəssisələrinin məzunlarının diplomları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınır və etibarlıdır. Bu səbəbdən, Bakı Asiya Universitetinin məzunları diplomlarının tanınması ilə bağlı hər hansı problem yaşamırlar və rəsmi qaydada alınmış diplomların heç bir problemi yoxdur. Öz hüquqi qüvvəsini həmişəkil saxlayır",- deyə fikrini tamamlayıb.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox