Azedu.az

Tanınmış pedaqoq vəfat etdi

Xəbərlər

26 Fevral 2025, 13:23
Tanınmış pedaqoq vəfat etdi

Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş Gülnaz İsrafilova vəfat edib.

AzEdu.az xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

İsrafilova Gülnaz Şakir qızı 11 oktyabr 1958-ci ildə Şəki şəhərində anadan olub. O, 1985-ci ildə Bakı Dövlət Universitetini "Filologiya" fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1985-1990-cı illərdə Bakı şəhəri Nizami rayonu 10 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1990-1993-cü illərdə Nizami Rayon Təhsil Şöbəsində inspektor, 1993-2006-cı illərdə isə Nizami rayonu 214 nömrəli məktəbin direktoru vəzifəsində işləyib.

2006-cı ildə Nizami Rayon Təhsil şöbəsinin müdiri, 2006-2009-cu illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatında Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb.

2009-cu ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.

Şahnaz İsrafilova 1990-cı ildə “Baş müəllim” adına layiq görülüb.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox