AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
26 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
26 fevral 1992-ci ildi Xocalı Soyqırımı baş verib:
Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, soyqırımı törədiblər. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 197 nəfər itkin düşüb.
26 fevral Azərbaycan şairi Əli Tudənin xatirə günüdür:
Onun şeirləri 13 yaşından etibarən almanaxlarda, qəzetlərdə çap olunmağa başlayıb. Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində Təhsil şöbəsinin müdiri işləyən Əli Tudənin ana dilində kitabların tərtib və çap edilməsində böyük rolu olub.İran tarixində ilk dəfə yaradılan filarmoniyanın - Təbriz filarmoniyasının əsasını qoyub. Milli hökumətin ən ali mükafatına – “21 Azər” medalına layiq görülüb. Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirən Əli Tudənin 40-a yaxın kitabı nəşr olunub.
26 fevral 1954-cü ildə Türkiyə Cümhuriyyətinin Prezienti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür:
Onun bu gün 71 yaşı tamam olur. O, 26 fevral 1954-cü ildə Qasımpaşada anadan olub.
26 fevral 2017-ci ildə ilk dəfə Oskar mükafatənə mesəlman aktyor qazanıb:
26 fevralda Los Ancelesdə təşkil edilən 89-cu Oskar (Oscar) Müküfatı Mərasimində bir ilk yaşandı. “Ən yaxşı film” mükafatını qazanan “Moonlight” filminin aktyoru Maherşala Əli “Ən yaxşı ikinci dərəcəli rol aktyoru” mükafatının sahibi oldu.
M.Əli Oskar qazanan ilk müsəlman aktyor olaraq tarixə düşdü.