Azedu.az

Sabah bu küçələr bağlanacaq

Xəbərlər

25 Fevral 2025, 19:47
Sabah bu küçələr bağlanacaq

Sabah Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

 

Məhdudiyyətlə əlaqədar 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək

NATO qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - Rusiyaya cavab
Son xəbərlərDaha çox