AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
25 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
25 fevral 1919–cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb:
Ay yarım sürən gərgin müzakirələrdən sonra Nəsib bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabineti təşkil edilib.
25 fevral 1992-ci ildə Erməni silahlı birləşmələri ilə 366-cı motoatıcı alay Xocalı üzərinə hücuma başlayıb.
25 fevral 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun komendantı Əlif Hacıyev əhidlik zirvəsinə yüksəlib:
1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər.Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib. Ona demişdi ki, “Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan".
25 fevral 1910-cu ildə bioloq alim, akademik İmam Mustafayevin doğulub:
İmam Mustafayev 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Azərbaycanda aqrar elmin inkişafında, elmi kadrların hazırlanmasında səmərəli xidmətlər göstərib, üzün illər Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutuna rəhbərlik edib. Bir neçə elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.