Sitrus meyvələrinin həddindən artıq istehlakı sağlamlığa mənfi təsir göstərə bilər.
AzEdu.az-ın məlumatına görə, bunu Rusiyada tanınmış həkim Olqa Çirkova NEWS.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, portağal və naringilərin həddindən artıq yeyilməsi qastritə səbəb ola bilər, həmçinin bu sitrus meyvələrinin rəngini verən bioflavonoid likopinin bolluğu səbəbindən dərinin rəngini dəyişdirə bilər.
Bundan əlavə, ekspert bədən çəkisini nəzarətdə saxlamaq üçün sitrus meyvələrinin istehlakını məhdudlaşdırmağın vacibliyini qeyd edib.
"Bədən çəkisini nəzarətdə saxlamaq istəyənlər bu meyvələri məhdudlaşdırmalıdır, çünki onlar şəkərlə zəngindir. Şəkərli diabet və qlükoza tolerantlığı pozulması olanlar, eləcə də insulin rezistentliyi, metabolik sindrom və qaraciyər xəstəlikləri olanlar üçün şirin meyvələr, o cümlədən sitruslar faydalı deyil. Çünki fruktoza qaraciyər tərəfindən emal olunur və onun artıq hissəsi yağlara çevrilir", - deyə Çirkova sözlərini yekunlaşdırıb.