Azedu.az

Azərbaycan Pakistanla peşə təhsili sahəsində əməkdaşlıq edəcək

Xəbərlər

Universitetlər

Elm və Təhsil Nazirliyi

Peşə Təhsili

24 Fevral 2025, 22:21
Azərbaycan Pakistanla peşə təhsili sahəsində əməkdaşlıq edəcək

Fevralın 24-də Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.

AzEdu.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İşaq Dar “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu mübadilə ediblər.

Bundan əlavə, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox