Azedu.az

DiplomacyCamp üçün qeydiyyat başlayır

Xəbərlər

24 Fevral 2025, 19:10
DiplomacyCamp üçün qeydiyyat başlayır

Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi - DiplomacyCamp üçün qeydiyyat başlayır!

 

AzEdu.az xəbər verir ki,  "Bir Könüllü" Tələbə Təşkilatı və "Strateji Düşüncə" Tələbə Diplomatiya Mərkəzinin birgə təşəbbüsü ilə 25-30 mart 2025-ci il tarixlərində Nabranda beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi təşkil ediləcək.

 

Yaz məktəbinin keçirilməsində məqsəd tələbə və məzunların beynəlxalq münasibətlər, diplomatiya və qlobal siyasət sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də onları analitik və strateji düşünməyə təşviq etməkdir. 

 

Proqram çərçivəsində iştirakçılar siyasi və iqtisadi məsələləri təhlil etmək, gələcək prosesləri proqnozlaşdırmaq və interaktiv müzakirələrdə iştirak etmək imkanı əldə edəcəklər.

 

Yaz məktəbi çərçivəsində iştirakçılar üçün yüksək ixtisaslı mütəxəssislər tərəfindən mühazirə, seminar və təlimlər təşkil olunacaq. Bununla yanaşı, onların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün müxtəlif idman tədbirləri və intellektual yarışlar da nəzərdə tutulub.

 

Yaz məktəbində iştirak üçün siyasi elmlər, beynəlxalq münasibətlər, hüquq, beynəlxalq hüquq, regionşünaslıq və dövlət idarəçiliyi, ictimai siyasət ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri, eləcə də qeyd olunan sahələr üzrə magistratura və doktorantura tələbələri 

müraciət edə bilərlər. Həmçinin son illərdə həmin ixtisaslardan məzun olmuş gənc peşəkarlar, yaz məktəbinin mövzusu üzrə beynəlxalq təlim və seminarlarda iştirak etmiş, eləcə də yerli və xarici təşkilatlarda təcrübə keçmiş şəxslər də iştirak üçün qeydiyyatdan keçə bilərlər. 

 

İngilis dili üzrə səlis danışıq və yazı qabiliyyəti olan namizədlərə daha çox üstünlük veriləcək. 

 

Tələblərə cavab verən və iştirak etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə 9 mart tarixinədək qeydiyyatdan keçə bilərlər: //forms.gle/DGGsZ9D1PY5gruNX8 

 

Qeydiyyatdan keçən namizədlər seçim mərhələsində ingilis dilində müsahibəyə dəvət olunacaqlar.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox