Azedu.az

Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib

Xəbərlər

24 Fevral 2025, 11:34
Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib

Dünən – bazar günü Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib.

Təhsil İnstitutundan AzEdu.az-a verilən məlumata görə, yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə təşkil olunub.

Ümumilikdə 14.347 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox