Azedu.az

Çoxuşaqlı ailələrə dəstək göstərilməsi məsələsinə baxıla bilər - DEPUTAT

Xəbərlər

24 Fevral 2025, 13:17
Çoxuşaqlı ailələrə dəstək göstərilməsi məsələsinə baxıla bilər - DEPUTAT

Son vaxtlar çoxuşaqlı ailələrə sosial yardım göstərilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

 

Maraqlıdır, bu yardımlar hansı formada həyata keçirilə bilər? Ümumiyyətlə, çoxuşaqlı ailədə böyümüş yeniyetmələrə ali təhsil xərclərində güzəşt tətbiq edilə bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, bütün addımlar mərhələli şəkildə atılmalıdır:

 

“Dövlətimiz bu istiqamətdə mühüm addımlar atır. Sosial baxımdan zəif olan vətəndaşlar üçün davamlı tədbirlər həyata keçirilir və onlara bir sıra güzəştlər təqdim olunur. Çoxuşaqlı ailələrə də dövlətin dəstəyi böyükdür. Son vaxtlar şəhid ailələrinə, onların xanımlarına və övladlarına güzəştlər verilmişdir. Gələcəkdə bu kateqoriyadan olan insanlara dəstək göstərilməsi məsələsinə də baxıla bilər. Lakin bu addımların hamısını bir anda həyata keçirmək çətindir. Hazırda Azərbaycanda dövlət hesabına təhsil sürətlə inkişaf edir və bu sahədə dövlətin qayğısı artır. Ümumilikdə, bu məsələlər mərhələli şəkildə həll edilməlidir.”

TERROR AKTI - Rusiya konsulluğu PARTLADILDI
Son xəbərlərDaha çox