Azedu.az

Məktəblərdə dərslər təxirə salına bilər? - “Tədris onlayn olsun”

Xəbərlər

Məktəblər

Təhsil ekspertləri

24 Fevral 2025, 11:16
Məktəblərdə dərslər təxirə salına bilər? - “Tədris onlayn olsun”

"Temperaturun bu qədər aşağı, qarın davamlı olaraq yağması məktəblərdə davamiyyəti məcburən aşağı salır".

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elvin Bədirov qeyd edib.

Onun sözlərinə görə, dərslərin onlayn təşkil edilməsi mümkündürsə mütləq dərslərin əyani təşkili təxirə salınmalıdır:

"Nəzərə almaq lazımdır ki, xüsusi ilə Bakıda şagirdlərin ciddi bir qismi yaşadığı ərazidən çox fərqli yerdə yerləşən məktəblərdə təhsil alır.

Məktəblərdə dərs deyən müəllimlərin böyük bir qismi Bakının bir başından digərinə getməyə məcburdur. Sizcə səhər 08:00 üçün dərsə çatmalı müəllim nə etməlidir? İctimai nəqliyyatın vəziyyəti acınacaqlıdır. Yollarda ciddi tıxac və qəzalar var.

Nəzərə alın ki, 24-ündən 25-nə keçən gecə Bakıda və bölgələrdə ilin ən soyuq və şaxtalı, qarlı günü olacağını Hidrometeorologiya institutu da elan edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mütləq dərsləri ən azı 1 günlük təxirə salmaq və ya onlayn tədrisə keçirmək lazımdır",- deyə ekspert söyləyib.

TERROR AKTI - Rusiya konsulluğu PARTLADILDI
Son xəbərlərDaha çox