Azedu.az

 “Tarixdə bu gün” - Abdulla Şaiq dünyaya gəlib

Xəbərlər

24 Fevral 2025, 09:00
 “Tarixdə bu gün” - Abdulla Şaiq dünyaya gəlib

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

24 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

24 fevral 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib:

 

Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi nəzərdə tutulub.

 

24 fevral 1988-ci ildə Azərbaycanın Əsgəran rayonunda ermənilər iki azərbaycanlını qətlə yetiriblər:

 

Bu azərbaycanlılar uzun illər davam edəcək Qarabağ münaqişəsinin ilk qurbanları idilər. 

 

24 fevral 1977-ci ildə Türkiyənin fizika üzrə professoru Feza Gürsey Oppenheimer Mükafatına və Eynşteyn Ordeninə layiq görülüb:

 

F.Gürsey Oppenheimer Mükafatını amerikalı fizik S.Qlaşovla bölüşdü.

 

24 fevral 1864-cü ildə Azərbaycanın ictimai xadimi Əli bəy Hüseynzadə anadan olub:

 

Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib və bu sahələrin hər birində özünəməxsus iz qoyub.

 

Əli bəy Hüseynzadə Əhməd bəy Ağayevlə birlikdə “Həyat” qəzetinə redaktorluq edib, 1906-cı ildə isə “Füyuzat” jurnalını yaradıb.

 

O, qələm dostları ilə birlikdə yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını atdılar.AXC dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

 

24 fevral 1881-ci ildə  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, müəllim və ictimai xadim Abdulla Şaiq dünyaya gəlib. 

Zelenskidən açıqlama - İstefa verməyə hazıram!
Son xəbərlərDaha çox