Azedu.az

Gimnastımız Dünya Kubokunda yarımfinala yüksəldi

Xəbərlər

22 Fevral 2025, 16:20
Gimnastımız Dünya Kubokunda yarımfinala yüksəldi

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

AzEdu.az xəbər verir ki, idmançı buna Milli Gimnastika Arenasında təşkil olunan ilk yarış günündə 55.000 xal toplayaraq nail olub. O, bu göstərici ilə 21 qadın gimnast arasında 5-ci yeri tutub.

Bu növdə ən çox xal toplayan ilk 8 idmançı yarımfinala yüksəlib. Azərbaycan yığmasının digər üzvü Şəfiqə Hümbətova (46.890) isə 18-ci olub.

Bu gün, həmçinin tamblinq üzrə kişi və qadınlar arasında təsnifat mərhələsinin yarışları keçiriləcək.

Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox