Azedu.az

Naxçıvanda bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilib

Xəbərlər

22 Fevral 2025, 14:45
Naxçıvanda bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilib

Fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq  işə qəbul üçün  test imtahanı mərhələsi təşkil olunub.


AzEdu.az xəbər verir ki, test mərhələsində 27 noyabr- 4 dekabr tarixləri arasında ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyyəçi müəllim vəzifəsində çalışan 17 namizəd iştirak edib.


Qeyd edək ki, test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və  məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilib. 


 Məlumat üçün bildirək ki, hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox