Azedu.az

Yolların buz bağlaması ilə bağlı piyadalara ÇAĞIRIŞ

Xəbərlər

21 Fevral 2025, 10:04
Yolların buz bağlaması ilə bağlı piyadalara ÇAĞIRIŞ

Yolların buz bağlaması ilə bağlı Fövqəladə Hallar Nazirliyi piyadalara müraciət edib.

AzEdu.az xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb.

"Ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün. Ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır.

Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.

Sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun. Yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin", - məlumatda deyilir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox