Azedu.az

“Tarixdə bu gün” - İlk telefon kitabçası hazırlanıb

Xəbərlər

21 Fevral 2025, 09:10
“Tarixdə bu gün” - İlk telefon kitabçası hazırlanıb

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

21 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür:

 

1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

 

UNESCO-nun məlumatına görə, hazırda dünyada mövcud olan 6 min dilin yarısı yaxın vaxtlarda öz daşıyıcılarını itirə bilər. Beynəlxalq Ana Dili Gününün qeyd olunması məhz bu təhlükəni aradan qaldırmaq, bütün dünyada dil mədəniyyətini inkişaf etdirmək məqsədi daşıyır.  

 

21 fevral 1878-ci ildə Konnektikutda ilk telefon kitabçası hazırlanıb.

 

21 fevral Azərbaycanın görkəmli alimi, akademik Ziya Bünyadovun xatirə günüdür:

 

İkinci Dünya Müharibəsi Qəhrəmanı olan Ziya Bünyadov cəbhədən qayıtdıqdan sonra bütün ömrünü Azərbaycan tarix elminin inkişafına həsr edib, eyni zamanda, görkəmli şərqşünas olaraq tanınıb. Bir neçə xarici dil bilən, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və Milli Məclisin deputatı olmuş Ziya Bünyadov Azərbaycan tarixi ilə bağlı çox sayda və sonrakı nəsillərə mənbə rolunu oynayan dəyərli əsərlər yazıb.

 

21 fevral 1935-ci ildə Fransa missionerlərinin Türkiyədə yaratdığı bəzi məktəblər dövlət balansına keçirildi və milliləşdirildi.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox