Azedu.az

AMEA-da yeniləşmə və islahatlar dövründə elektron hərəkata start verilib

Xəbərlər

AMEA

20 Fevral 2025, 18:31
AMEA-da yeniləşmə və islahatlar dövründə elektron hərəkata start verilib

AMEA Rəyasət Heyəti aparatında yaradılmış Elektron Akademiya şöbəsi vasitəsilə akademiyanın elmi bölmələrinə və elmi-tədqiqat institutlarına aid 31 elmi jurnaldan 21-nin elektron bazası istifadəyə verilib.

AzEdu.az  xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 20-də keçirilən Ümumi yığıncağı zamanı “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” adlı məruzəsində söyləyib.

Akademik qeyd edib ki, AMEA-nın tarixində ilk dəfə olaraq İnsan Resursları Elmmetrik Məlumatlar Bazası, Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi yaradılaraq, hər bir əməkdaşın elmi fəaliyyətinin elmmetrik reallığı və istinad göstəricilərinin müəyyən edilməsi mexanizmi formalaşdırılıb. Azərbaycan dilinin dil korpusunun işlənməsi sahəsində addımlar atılıb. Sözlərin Universal Funksionallıqla İşlənməsi sistemi əsasında SUFİ işlək robot modeli işə salınıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox