Azedu.az

Şəhidin 13 yaşlı oğlu faciəvi şəkildə öldü - FOTO

Xəbərlər

20 Fevral 2025, 11:39
Şəhidin 13 yaşlı oğlu faciəvi şəkildə öldü - FOTO

Vətən müharibəsi şəhidi Elvin Əzizovun 13 yaşlı oğlu bədbəxt hadisə nəticəsində həyatını itirib.

AzEdu.az xəbər verir ki, hadisə fevralın 19-da Masallı rayonunun Qarğalıq kəndində baş verib.

Ayxan Əzizov evdəki ov silahı ilə ehtiyatsızlıqdan atəş açıb. Nəticədə yeniyetmə aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Elvin Əzizov Vətən müharibəsi zamanı Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Hadisə barədə ilk məlumatı Unikal.az saytı yayıb.

 

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox