Azedu.az

“Tarixdə bu gün” - Dünya Sosial Ədalət Günüdür

Xəbərlər

20 Fevral 2025, 09:19
“Tarixdə bu gün” - Dünya Sosial Ədalət Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

20 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

20 fevral Dünya Sosial Ədalət Günüdür:

 

2007-ci ildə BMT Baş Məclisinin qərarı ilə hər il fevralın 20-si bütün dünyada Sosial Ədalət Günü kimi qeyd olunur. Sosial Ədalət millətlərin dinc yanaşı yaşaması və inkişaf etməsi üçün ən vacib    amillərdən biridir.

 

20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin Ermənistana birləşdirilməsi tələbilə SSRİ Ali Soveti qarşısında vəsatət qaldırdı:

 

Bu qanunsuz tələb Qarabağın Azərbaycandan qoparılması istiqamətində sovet rəhbərliyinin yürütdüyü riyakar siyasətin növbəti mərhələsi oldu. Sonrakı faciəvi hadisələr məhz bundan sonra başladı.  

 

20 fevral 1872-ci ildə dünyanın ən böyük və məşhur muzeylərindən biri olan “Metropoliten Muzey of Art” Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində açılıb.

 

20 fevral 1830-cu ildə Azərbaycan maarifpərvəri Mirzə Hüseyn Əfəndi Qayıbzadə anadan olub:

 

Mirzə Hüseyn Əfəndi Qayıbzadənin 4 cilddən ibarət “Azərbaycanda məhşur olan şüəranın əşarına məcmuə”si klassik irsin öyrənilməsi üçün əhəmiyyətlidir. Bu məcmuədə 18-19-cu əsrlərdə yaşamış 100-dən çox Azərbaycan şairinin əsərlərindən nümunələr verilib.

 

20 fevral 1984-cü ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirə günüdür:

 

F.Əmirov uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. Onun “Sevil” operası dramaturji yığcamlığı, xalq ruhuna yaxın olması və gözəl melodiyaları ilə səciyyələnir. Fikrət Əmirov simfonik muğam janrının yaradıcısı, bir çox romans və mahnının müəllifidir. Onun “Min bir gecə” baleti dünyanın bir çox ölkəsində tanınır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox