Azedu.az

Maliyyə Nazirliyi ötən il ən çox Elm və Təhsil Nazirliyində yoxlama aparıb

Xəbərlər

19 Fevral 2025, 13:14
Maliyyə Nazirliyi ötən il ən çox Elm və Təhsil Nazirliyində yoxlama aparıb

2024-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Baş Prokurorluğun və digər hüquq-mühafizə orqanlarının məktubu və qərarların icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyinə məxsus 41 obyektdə nəzarət tədbiri həyata keçirilib.

AzEdu.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa, ötən il Dövlət Xidməti Baş Prokurorluqdan və digər hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinə məxsus 7 obyektdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus 1 obyektdə, Müdafiə Nazirliyinə məxsus 1 obyektdə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə məxsus 4 obyektdə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus 1 obyektdə, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarına məxsus 1 obyektdə nəzarət tədbirləri həyata keçirib.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox