Azedu.az

İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı

Xəbərlər

18 Fevral 2025, 20:45
İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qətlə yetirilən soydaşlarımızın sayı açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə bu gün Bakıda separatçıların məhkəməsində məlumat verilib.

Qeyd olunub ki, 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb. Həmçinin 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.

 

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox