Azedu.az

“Tarixdə bu gün” - Su Məməlilərinin Mühafizəsi Günü

Xəbərlər

19 Fevral 2025, 09:14
“Tarixdə bu gün” - Su Məməlilərinin Mühafizəsi Günü

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

19 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

19 fevral Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günüdür:

 

Bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri, dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur.

Həmin təqvim 1986-cı ildən etibarən qeyd edilməyə başlanılıb. Belə ki, 200 il ərzində balinaların vəhşicəsinə məhv edilməsindən sonra Beynəlxalq Balinalar Komissiyası iri balinaların ovlanmasına, balina ətinin ticarətinə qanunla qadağa qoyub. Bu qadağa hələ də qüvvədədir. 

 

19 fevral 1988-ci ildə Bakıda erməni separatçılığına qarşı ilk etiraz mitinqi keçirilib:

 

Nümayiş iştirakçıları “Qarabağ bizimdir!” şüarlarını səsləndirirdilər. Məhz bu aksiyanın fonunda Bakıda və Qarabağda başlayan kütləvi aksiyalar sonda xalq hərəkatına çevrildi. SSRİ rəhbərliyinin ermənilərə dəstək verməsi xalq hərəkatının alovlanmasına və nəticədə Azərbaycanın müstəqil olmasına səbəb oldu.

 

Fevralın 19-dan sonra hadisələrin yüksək xətlə cərəyan etdiyini görən SSRİ rəhbərliyi ermənilərin də iştirakı ilə Sumqayıt hadisələrini təşkil etdi. Ermənilərin Sumqayıt hadisələrinin azərbaycanlıların tərəfindən törədilməsi cəhdləri heç bir nəticə vermədi. Başlanan xalq hərəkatının qarşısını almaq üçün aparılan siyasət sonda məğlubiyyətlə nəticələndi.

 

19 fevral 1878-ci ildə Tomas Edison fonoqrafı patentləşdirib:

 

Fonoqraf səsin yazılması və dinlənilməsi üçün ilk qurğu olub. Bu Tomas Alva Edison tərəfindən icad edilərək 1877-ci il noyabrın 21-də ictimaiyyətə təqdim olunub. Fonoqrafın inkişafı nəticəsində qramafon və patefon  meydana gəlib.

 

19 fevral 1915-ci ildə Çanaqqala boğazında müharibə başladı:

 

Çanaqqala müharibəsi üçün yığınağını tamamlayan Antanta dövlətlərinin Birləşmiş donanması boğazı müdafiə etməklə vəzifəli topçu birliklərinin olduğu səngərləri bombardmana tutdu.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox