Azedu.az

Tehran Universitetinin tələbəsinin qətlində şübhəli bilinənlər həbs edilib

Xəbərlər

18 Fevral 2025, 09:39
Tehran Universitetinin tələbəsinin qətlində şübhəli bilinənlər həbs edilib

Tehran Universitetinin tələbəsi Əmir Məhəmməd Xaleqinin qətlində və qarətində şübhəli bilinən iki nəfər həbs edilib.

AzEdu.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Tehran Polis İdarəsi cinayət işi üzrə istintaq qrupunun rəhbəri Məhəmməd Şəhriyari bildirib.

Onun sözlərinə görə, şübhəlilər məhkəmə-texniki ekspertizadan sonra həbs ediliblər: “İlkin istintaq zamanı onlar Əmir Məhəmməd Xaleqini qarət edib öldürdüklərini etiraf ediblər”.

Tələbənin qatilinin tapılması tələbi ilə Tehran Universiteti tələbələri bir neçə gün etiraz aksiyası keçirib.

Ə.M.Xaleqinin atası deyib: “Biz siyasətlə məşğul deyilik. Ancaq qatillərin cəzalandırılmasını tələb edirik”.

Bir neçə gün öncə Tehran Universitetinin 19 yaşlı tələbəsi Əmir Məhəmməd Xaleqi gecə saatlarında qətlə yetirilmişdi.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox