Azedu.az

Qarabağ Universitetində vakansiya VAR

Universitetlər

17 Fevral 2025, 11:05
Qarabağ Universitetində vakansiya VAR

Qarabağ Universiteti Maliyyə yardımı üzrə mütəxəssis (Financial Aid Officer) vakansiyası elan edir.
 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib. 

 

İş haqqında ətraflı məlumat:

 

İşin təsviri:


- Tələbələr üçün maliyyə yardımı (təhsil haqqı güzəştləri, təqaüdlər və digər maliyyə
dəstəyi) proqramlarını yaratmaq və tətbiqi mexanizmlərini hazırlamaq;
- Tələbələrin maliyyə yardımı ilə bağlı ehtiyaclarını müəyyən etmək və onlara
məsləhətlər vermək;
- Maliyyə yardımı üzrə tələb olunan sənədləri toplamaq və təhlil etmək;
- Tələbələri maliyyə yardımı imkanları barədə məlumatlandırmaq və müvafiq
maarifləndirmə işlərini həyata keçirmək;
- Maliyyə yardımı üçün müraciətləri qəbul etmək, dəyərləndirmək və tələbələrin
uyğunluğunu müəyyənləşdirmək;
- Müvafiq hesabatlar hazırlamaq və aidiyyatı üzrə təqdim etmək.

 

Tələblər:


- Maliyyə, mühasibat, iqtisadiyyat və ya idarəetmə sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 2 il təcrübə;
- Yüksək kommunikasiya bacarıqları;
- Güclü müşahidə və analitik təhlil bacarıqları;
- İT və xarici dil bilikləri.


Tələb olunan sənədlər:


1. CV;
2. ali təhsili təsdiq edən sənəd(lər)in surəti;
3. müşayiətedici məktub (motivasiya – maksimum 500 söz).

 

Qeyd 1: universitetdə daimi əsaslarla çalışan əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə təmin olunacaqlar.

 

Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının “Maliyyə yardımı üzrə mütəxəssis” qeyd edilməsi vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 

Müraciət üçün son tarix: 24 fevral 2025-ci il


Elektron poçt ünvanı: [email protected]

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox