Azedu.az

Salyanda 10 uşaqlı ailə: ana adları səhv salır - VİDEO 

Xəbərlər

17 Fevral 2025, 10:33
Salyanda 10 uşaqlı ailə: ana adları səhv salır - VİDEO 

Salyanın Qaraçala qəsəbəsində kiçik bir evdə Abdullayevlər ailəsi 10 uşaq böyüdür. Onlardan ən böyüyünün 13, ən kiçiyinin isə 1 yaşı var.

AzEdu.az xəbər verir ki, İTV ailəyə baş çəkib, dolanışığı, problemləri ilə maraqlanıb.

Ananın sözlərinə görə, bəzən əsəbi olanda uşaqların adlarını səhv salsa da, çoxuşaqlı ana olması onu xoşbəxt edir. Uşaqların hərəsi bir xasiyyətdə olsa da, onlarla dil tapmağa çalışır.Ailədəki uşaqların 7-si məktəblidir. Səs-küyü əskik olmayan Abdullayevlər ailəsinin ən böyük çətinliyi evlərinin darısqal olması ilə bağlıdır.

Atanın sözlərinə görə, övladlarının təkcə qidaları ilə bağlı hər ay 1000 manatdan çox xərc çıxır: “Əsasən qış aylarında geyim problemləri olur. Birinin şalvarı olmur, birinin “kurtka”sı və ya ayaqqabısı nazik olur. Dərsləri, dərnəkləri var. 7 uşaq məktəbə gedir. Əsas problemimiz mənzil problemidir, mənzilimiz kiçik və şəraitsizdir...”

Daha ətraflı süjetdə:

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox