Azedu.az

“Logistika operatoru”  tələbələri beynəlxalq sertifikat əldə etmək üçün hazırlanır

Xəbərlər

14 Fevral 2025, 16:29
“Logistika operatoru”  tələbələri beynəlxalq sertifikat əldə etmək üçün hazırlanır

13 fevral 2025-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Logistika operatoru" ixtisası üzrə təhsil alan tələbələri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına təhsil səfəri təşkil olunub.

AzEdu.az xəbər verir ki, bu səfər, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Educa Azərbaycan” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilən pilot layihənin bir hissəsidir. Layihə çərçivəsində tələbələr Böyük Britaniyanın CILT (The Chartered Institute of Logistics and Transport) beynəlxalq logistika sertifikatını əldə etmək imkanı qazanacaqlar.

Nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsi məqsədilə təşkil edilən bu səfər zamanı tələbələr aşağıdakı mövzularda ətraflı məlumat əldə ediblər:

  • sətəm qaydaları və davranış prinsipləri;
  • fövqəladə hallarda təhlükəsizlik tədbirləri;
  • limanın əməliyyatları və iş prosedurları;
  • yüklərin qəbul edilməsi və boşaldılması;
  • daşınan yük növlərinin dinamik inkişafı;
  • yüklərin növləri və saxlanma qaydaları:
  •  sənədləşmə prosesinin ümumi strukturu.

Bundan əlavə, tələbələrə açıq və qapalı anbarlar, müxtəlif gəmi tipləri, avadanlıqlar, körpülər və yük aşırma prosesləri barədə əyani təqdimatlar nümayiş etdirilib.

Tələbələr üçün dəyərli təcrübə olan bu praktiki təlim, onların nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə imkan yaradıb. Layihə gənclərin logistika sahəsində beynəlxalq səviyyədə tanınan bilik və bacarıqlar əldə etməsinə, gələcək karyeralarına mühüm töhfə verməsinə şərait yaradır.

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox