Azedu.az

Valideynlərini itirən uşaqlarla bağlı bu qayda dəyişir

Xəbərlər

14 Fevral 2025, 13:25
Valideynlərini itirən uşaqlarla bağlı bu qayda dəyişir

Valideynlərini itirən uşaqların təhsil üzrə təminatları qaydası dəyişir.

AzEdu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
Təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox