Azedu.az

Məktəbin direktor əvəzi vəfat etdi

Xəbərlər

14 Fevral 2025, 10:45
Məktəbin direktor əvəzi vəfat etdi

Biləsuvarda məktəbin direktor əvəzi vəfat edib.

AzEdu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bəydili kənd orta məktəbinin direktor əvəzi Nurlan İmanov 3 gün əvvəl infarkt keçirib və ağır vəziyyətdə Bakı şəhərinə gətirilərək Mərkəzi Klinikaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq 43 yaşlı N.İmanov bu gün vəfat edib.

Qeyd edək ki, N.İmanov uzun illər Biləsuvar Rayon Təhsil Sektorunda metodist kimi çalışıb. 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox