Azedu.az

BŞTİ: Məktəbliyə fiziki zorakılıqla bağlı yayılan görüntülər araşdırılır

Bakı Şəhər üzrə Təhsil İdarəsi

13 Fevral 2025, 17:28
BŞTİ: Məktəbliyə fiziki zorakılıqla bağlı yayılan görüntülər araşdırılır

Şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır.

AzEdu.az bu barədə Report-un sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil idarəsindən bildirilib.

"İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır".

Qeyd edək ki, sosial şəbəkələrdə 280 nömrəli məktəbin ətraf ərazisində məktəblilərin şagirdə fiziki bullinq etdiyi görüntülər yayılıb.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox