Azedu.az

Əminağa Sadıqov kollektivə təqdim olundu - FOTO

Xəbərlər

13 Fevral 2025, 12:22
Əminağa Sadıqov kollektivə təqdim olundu - FOTO

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqov kollektivə təqdim olunub.

Universitetdən AzEdu.az-a bildirilib ki, ötən gün elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrilə Sumqayıt Dövlət Universitetinin rektoru əvəzi təyin olunan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov kollektivə təqdim olunub.

Qeyd edək ki, Əminağa Sadıqov 1980-1985-ci illərdə Dnepropetrovsk Dövlət Universitetinin (indiki Dnepr Milli Universitetinin) Tətbiqi-riyaziyyat fakültəsində təhsil alıb. 1992-ci ildə həmin universitetdə fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini alıb. 2013-cü ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

O, 2021-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb. 2024-cü ildən etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində işləyir.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox