Azedu.az

Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb

Xəbərlər

AMEA

13 Fevral 2025, 12:16
Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qırğız Respublikasının Qazaxıstandakı səfiri Dastan Duşekeyev ilə görüşüb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzEdu.az-a bildirilib ki, görüşdə elmi əməkdaşlığın gücləndirilməsi, birgə türkoloji layihələrin hazırlanması və türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliği xüsusi vurğulanıb.

Akademiyanın prezidenti Türk dünyası ölkələri, xüsusilə qırğız alimləri arasında elmi əlaqələrin genişləndirilməsinə yönəlmiş əsas təşəbbüslər barədə məlumat verib.

Səfir Dastan Duşekeyev isə Qırğızıstan ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib. O, xüsusilə elmi və akademik mübadilənin inkişaf etdirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıb

Ermənistan ordusu döyüş mövqelərində minaatanlar yerləşdirib
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox