Azedu.az

Avtomobilin vurduğu 20 yaşlı piyada xəstəxanada ölüb

Xəbərlər

13 Fevral 2025, 09:25
Avtomobilin vurduğu 20 yaşlı piyada xəstəxanada ölüb

Yevlaxda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

AzEdu.az Report-a istinadən xəbər verir ki, fevralın 7-də Yevlax rayonunda 2005-ci il təvəllüdlü Əlamdar Sultanovu "Mercedes" markalı avtomobil vurub.

O, ağır xəsarətlərlə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq, o, fevralın 13-də orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox