Azedu.az

Diaqnostik qiymətləndirmənin vaxtı AÇIQLANDI

Xəbərlər

12 Fevral 2025, 11:59
Diaqnostik qiymətləndirmənin vaxtı AÇIQLANDI

“Məktəbdənkənar təhsil müəssisələrinə direktor və pedaqoji heyətin işə qəbul qaydaları hazırlanıb və müvafiq təhsil qurumlarına təqdim edilib”. 

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda təşkil edilən respublika konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ilkin mərhələdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsini həyata keçirmək üçün diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib. Yaxın müddətdə - yay aylarında bu qiymətləndirmənin keçirilməsi planlaşdırılır.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox