Azedu.az

“BilBacar” müsabiqəsinin fevral ayı üzrə hazırlıq mərhələsinə start verilib

Xəbərlər

11 Fevral 2025, 17:11
“BilBacar” müsabiqəsinin fevral ayı üzrə hazırlıq mərhələsinə start verilib

11 fevraldan etibarən “BilBacar” müsabiqəsinin hazırlıq mərhələsinə başlanılıb. Qeydiyyatdan keçən şagirdlər hesablarına daxil olmaqla hazırlıq bölməsi üzrə sualları cavablandıra bilər.

AzEdu.az xəbər verir ki, məlumat olaraq bildirək ki, hazırlıq mərhələsi iştirakçıların yarış mərhələsinə hazırlığı üçün nəzərdə tutulub. Şagirdlər bu bölməyə istənilən məkandan və istənilən vaxt (kompüter, planşet və ya telefon vasitəsilə) daxil ola bilər. Hazırlıq bölməsində hər doğru cavab 1 balla qiymətləndirilir. Bu mərhələdə tapşırıqlar 1 ay müddətində açıq olacaq.

Qeyd edək ki, “BilBacar” müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və şagirdləri bu bilik və bacarıqları real həyatda tətbiq etməyə sövq etməkdir.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox