Azedu.az

Bakıdakı bağçada dəhşətli HADİSƏ

Xəbərlər

11 Fevral 2025, 00:12
Bakıdakı bağçada dəhşətli HADİSƏ

Paytaxtın Nizami rayonunda yerləşən "Orbita" adlı bağçada tərbiyəçi-müəllimin uşağa qarşı zorakılıq tətbiq etdiyi iddia olunub.

AzEdu.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, həmin tərbiyəçi-müəllim işindən azad edilib. Məsələ ilə bağlı bağçanın rəhbəri Samir Mehdiyev bildirib ki, yoxlama işləri gedir:

"Planlaşdırırıq ki, belə bir hadisə bir də təkrar olunmasın. Buna görə hər kəsdən üzr istəyirik".

Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd edilib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox