Azedu.az

Ləğv edilən universitetin rektoru UNEC-də işləyir

Xəbərlər

Universitetlər

10 Fevral 2025, 22:04
Ləğv edilən universitetin rektoru UNEC-də işləyir

Ləğv edilən Naxçıvan Universitetinin rektoru Anar Kazımov fəaliyyətini yenidən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirəcək. 

AzEdu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Anar Kazımov UNEC-in "Beynəlxalq iqtisadiyyat və biznes" kafedrasının dosenti kimi fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, 2023-2024-cü illərdə Naxçıvan Universitetinin rektoru olub. Bundan əvvəl UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru olub.

 

Xatıradaq ki, Kazımov Anar Altay oğlunun rektoru olduğu "Naxçıvan” Universiteti MMC ötən ilin avqust ayında ləğv olunduğunu elan edib.     

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox