Azedu.az

Yarışda 7 yaşlı uşaq vəfat edib 

Xəbərlər

9 Fevral 2025, 10:49
Yarışda 7 yaşlı uşaq vəfat edib 

 

ABŞ-də draq-reysinq yarışları zamanı qəza keçirən 7 yaşlı Elienis-Zoi Diaz-Rodriqes aldığı xəsarətlər nəticəsində vəfat edib.

AzEdu.az-ın "Fox 35" telekanalına istinadən məlumatına görə, hadisə Orlando şəhərində təşkil olunan "Speed World" turnirində baş verib.

Floridanın yol patrul xidmətindən idarəetməni itirən azyaşlı idmançının əvvəlcə təhlükəsizlik xidmətinin əməkdaşını vurduğu, daha sonra beton divara çırpıldığı bildirilib. Həkimlər xəstəxanaya yerləşdirilən idmançının həyatda qalmasına çalışsalar da bu mümkün olmayıb.

34 yaşlı təhlükəsizlik əməkdaşı isə hadisə zamanı yüngül xəsarətlər alıb.

 

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox