Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.
AzEdu.az xəbər verir ki, qurultayda çıxış zamanı təhsil naziri Ceyhun Bayramov aparılan təhsil islahatları ilə bağlı statistik göstəriciləri açıqlayıb.
O, 9-cu sinif buraxılış imtahanlarında (bütün fənlərdən müsbət qiymət alanlar) şagirdlərin statistik göstəricilərini qeyd edib:
“9-cu sinif buraxılış imtahanlarında (bütün fənlərdən müsbət qiymət alanlar)2012-ci ildə 50.27%, 2013-cü ildə 58.41%, 2014-cü ildə- 62.04%,2015- ci ildə 64.62% , 2016-cı ildə 67.22% müəyyənləşdirilib”.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir.