Xəbər verdiyimiz kimi, Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdinin digər bir şagird yoldaşına xəsarət yetirməsi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən bildirilib ki, 07 fevral 2025-ci il tarixdə Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib:
"Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır",- deyə məlumat verilib.
12:30
Kürdəmirdə bıçaqlanma olub.
AzEdu.az xəbər verir ki, rayonun Xırdapay kənd sakini, 2009-cu il təvəllüdlü A.Y. aralarında yaranmış mübahisə zəminində həmyerlisi, 2008-ci il təvəllüdlü K.Ş-yə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.