Azedu.az

“Gənc müəllimlər yaşlı həmkarlarına nisbətən daha enerjili və səbirli olurlar"

Xəbərlər

Məktəblər

Müəllimlər və elm adamları

6 Fevral 2025, 09:17
“Gənc müəllimlər yaşlı həmkarlarına nisbətən daha enerjili və səbirli olurlar"

Bu gün cəmiyyətdə belə bir fikir formalaşıb ki, yaşlı müəllimlər şagirdlərə qarşı daha səbirsiz, gənc müəllimlər isə daha səbirli və anlayışlı olurlar.

 

Maraqlıdır, müəllimin yaşından asılı olaraq yanaşma tərzi fərqlənirmi, yoxsa bu, daha çox fərdi keyfiyyətlərdən və peşəkar təcrübədən asılıdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən "Əməkdar müəllim", sabiq deputat Sona Əliyeva qeyd edib ki, şagirdlərin tərbiyəsində son illərdə ciddi aşınmalar gedir.

154489

“Gənc müəllimlər yaşlı həmkarlarına nisbətən daha enerjili və daha səbirli, eyni zamanda, daha istəkli olurlar. Şagirdlərlə interaktiv metodlarla işləməkdən yorulmurlar. Bu da təbiidir. Çünki yaş amili hər şey olmasa da çox şey deməkdir. Ümumilikdə götürsək, yaşlı müəllimlər təqaüd ərəfəsində daha çox təcrübələrinə söykənən tədris metodikasına üstünlük verirlər. Səbirsizlik etmələri ilə bağlı fikirlərlə razılaşa bilmərəm. Bunlar sırf fərdi psixoloji nüanslara söykənən amillərdir”.

 

Ekspert bildirib ki, son dövrlərdə bəzi müəllimlərin (burada yaş fərqli önəmli deyil) şagirdlərin davranışlarına qarşı dözümsüzlüyünün əsas səbəbi sırf şagirdlərin psixoloji-tərbiyəvi davranışları ilə əlaqədardır:

 

“Çünki şagirdlərin tərbiyəsində son illərdə ciddi aşınmalar gedir. Bu da müəllim tərəfindən yox, valideynlərin evdə övladlarının tərbiyəsində yol verdiyi çox ciddi boşluqlardan qaynaqlanır. Valideynlər indi məktəbdəki proseslərə çox ciddi müdaxilələr etməyə meyillidirlər. Nəticədə şagird və müəllim arasında qarşılıqlı anlaşmazlıq mühiti formalaşır. Düşünürəm ki, indi məktəblərdə təkcə şagirdlər üçün yox, müəllim və valideynlər üçün də psixoloji xidmətlər yaradılmalıdır”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox