Azedu.az

Gürcüstanda üç azyaşlı uşaq xəstəxanaya yerləşdirilib

Xəbərlər

4 Fevral 2025, 17:28
Gürcüstanda üç azyaşlı uşaq xəstəxanaya yerləşdirilib

Gürcüstanın Rustavi şəhərində yaşayış evində dəm qazının sızması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, dəm qazı ventilyasiya sistemi vasitəsilə 3-cü və 4-cü mərtəbələrdəki mənzillərə yayılıb.

"Ölən şəxslər, yəni ana və qızı dördüncü mərtəbədə yaşayırdılar. Bir mərtəbə aşağıda yaşayan qadın və onun üç azyaşlı uşağı xəstəxanaya yerləşdirilib", - xəbərdə bildirilib.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
Son xəbərlərDaha çox