Azedu.az

Gömrük Komitəsində yenidən maaş problemi - Tələbələrin təqaüdü verilmir

Xəbərlər

4 Fevral 2025, 13:35
Gömrük Komitəsində yenidən maaş problemi - Tələbələrin təqaüdü verilmir

Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin təqaüdlərini ala bilməmələri ilə bağlı iddialar yayılıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Gününsəsi.info”ya Akademiyanın tələbələri bildiriblər. 

Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri hələ də köçürülməyib: “Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir”.

Qeyd edək ki, daha əvvəl Dövlət Gömrük Komitəsinin işçilərinin ötən ilin oktyabrından bəri əməkhaqlarını ala bilməmələri ilə bağlı məlumat yayılmışdı. Yanvar ayının sonunda isə bütün gömrük əməkdaşlarının məvaciblərinin tam şəkildə ödənildiyi açıqlandı.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox