Azedu.az

Şamaxıda 9 yaşlı məktəblinin faciəli ölümü ilə bağlı DETALLAR

2 Fevral 2025, 20:06
Şamaxıda 9 yaşlı məktəblinin faciəli ölümü ilə bağlı DETALLAR

Şamaxıda 9 yaşlı məktəblinin zəhərlənməsi ilə bağlı bəzi detallar məlum olub.

AzEdu.az Baku TV-yə istinadən məlumat verir ki, Maksud Cəbrayıllı anası ilə birlikdə marketə gedərək bazarlıq ediblər.

Dayısı Kazım Cəbrayılovun sözlərinə görə, həmin qidadan yalnız Maksud yeyib. Günorta saatlarında vəziyyəti pisləşdikdən sonra onu xəstəxanaya aparıblar və ona qida zəhərlənməsi diaqnozu qoyulub.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox