Azedu.az

Uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku start götürülüb

Xəbərlər

1 Fevral 2025, 15:27
Uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku start götürülüb

"Şahdağ" Turizm Mərkəzi və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku start götürüb.

AzEdu.az xəbər verir ki, yarışdan öncə rəsmi açılış mərasimi keçirilib. Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Yarışda müxtəlif yaş kateqoriyasında olan 50 uşaq birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, xizək üzrə Heydər Əliyev Kuboku fevralın 2-də böyüklər arasında davam edəcək.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox